“O, qarşılaşacağı bütün tənqidlərə hazır olmalıdır” – Ronaldo

“Yuventus”un və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo “Atletiko”nun futbolçusu Joao Felikslə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Portuqaliya millisində komanda yoldaşı olan 19 yaşlı futbolçu haqqında danışan Ronaldo, onun potensialına inandığını deyib:

“Mən Feliksə inanıram. O, böyük potensialı olan futbolçudur. Buna baxmayaraq, oyununda daha da yaxşılaşdırması lazım olan müəyyən xüsusiyyətlər var. Bernard Silvanın yaşı daha çox olsa da, bu, onların hər ikisinə aiddir. Hər ikisinin böyük uğur qazanacağına şübhə etmirəm. Feliks daha çətin bir liqada mübarizə aparan kluba transfer olundu. Tamamilə fərqli futbolçularla rəqib olacaq. O, qarşılaşacağı bütün tənqidlərə hazır olmalıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button