
“İtaliya yığmasının DÇ-2026-da iştirak edəcəyinə yüz faiz əminəm”
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti İtaliya yığmasının 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq şansları barədə danışıb.
Komanda.az “Mozzart Sport”-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı, ölkəsinin millisinin DÇ-2026-da iştirak edəcəyinə yüz faiz əmin olduğunu deyib:
“Cennaro Qattuzoya (İtaliya millisinin baş məşqçisi) uğurlar arzulayıram. Onu dünya kubokunda görməyi səbirsizliklə gözləyirəm. İtaliya yığmasının DÇ-2026-da iştirak edəcəyinə yüz faiz əminəm. Komanda turnirdə asan qrupa düşəcək və ən çətin rəqibi İsveçrə millisi olacaq”.
İtaliya millisi sabah pley-off mərhələsində Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq. Bu il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.
Bizi Facebook-da izləyin



