İtaliya klubunda yeni baş məşqçi

İtaliyanın “Kremoneze” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra Davide Ballardini çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Son klubu “Cenoa” olan 59 yaşlı mütəxəssislə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

Ballardini “Kremoneze”də bir neçə gün əvvəl istefaya göndərilən Massimiliano Alvinini əvəz edib.

Sözügedən komanda A Seriyasında 18 turdur qələbəyə həsrətdir. Cəmi 7 heç-heçəsi olan bu komanda 7 xalla sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button