
Millinin uğursuzluğu Kapellonu da dilə gətirdi: “Heç kim istefa vermir”
İtaliya futbolunun tanınmış simalarından olan Fabio Kapello ölkəsinin millisinin dünya çempionatına vəsiqə qazana bilməməsini sərt şəkildə tənqid edib.
Cennaro Qattuzonun rəhbərlik etdiyi komanda Bosniya və Herseqovina yığmasına penaltilər seriyasında uduzaraq DÇ-2026-dan kənarda qalıb. Bununla da, İtaliya millisi ardıcıl üçüncü dəfə mundialda iştirak etməyəcək.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Kapello vəziyyəti dəyərləndirərək, heç kimin istefa vermədiyini bildirib:
“Heç kim istefa vermir – bu, ən narahatedici məqamdır. İlk növbədə, məsuliyyəti federasiya prezidenti və rəhbərlik üzərinə götürməlidir”.
İtaliya millisində nəticəsiz seriya davam edir və komanda uzun illərdir dünya çempionatında uğur qazana bilmir.
Mundial 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.
Bizi Facebook-da izləyin



