“Valensiya”da yeni müqavilə – rəsmi

İspaniyanın “Valensiya” klubu futbolçusu Qabriel Paulistanın müqaviləsini yeniləyib.

Komanda.az xəbər verir ki, bu barədə “yarasalar”ın mətbuat xidməti məlumat yayıb. 30 yaşlı müdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.

2017-ci ildə “Arsenal”dan “Valensiya”ya keçən Paulistanın əvvəlki müqaviləsi 2022-ci ilin yayına qədər idi. Müdafiəçi bu mövsüm La Liqada 13 oyuna çıxıb.