“Real” İtaliya millisinin üzvünü istəyir

İspaniyanın “Real” klubu “Roma”nın futbolçusu Leonardo Spinatsola ilə maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Madrid klubunun 28 yaşlı müdafiəçi üçün “Roma”ya hələ rəsmi müraciət etmədiyi bildirilib.

“Real” futbolçusu Marselonun komandadan ayrılacağı halda, Spinatsola üçün rəsmi danışıqlara başlayacaq. İtaliya klubu müdafiəçini 30 milyon avroya satmağa razıdır.

“Roma” ilə müqaviləsi 2024-cü ilin yayına qədər olan Spinatsola İtaliya milli komandasının da üzvüdür.