La Liqa klubunda yeni müqavilə

İspaniyanın “Atletik” klubu futbolçusu Raul Qarsiyanın müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi ilə müddəti 2022-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.

Qarsiya 2015-ci ildən “Atletik”də çıxış edir. Yarımmüdafiəçi bu mövsüm 27 oyunda 7 qol vurub.