“Yadımdadır, 20-ci dəqiqə idi və meydanı tərk etmək istəyirdim” – Xabi

İspaniya milli komandasının və “Real”ın sabiq futbolçusu Xabi Alonso açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi karyerasının ən pis oyunundan danışıb:

“Kamp Nou”da “Barselona”ya 0:5 hesabıyla uduzduğumuz oyun. Futbol meydanlarında keçirdiyim ən pis dəqiqələr idi. Yadımdadır, 20-ci dəqiqə idi və meydanı tərk etmək istəyirdim. Evə gedib, duş almaq və yatmaq istəyirdim. Çox çətin idi. Ancaq oyundan sonra özümüzü toparlaya bildik. O oyun bizi öldürsə də, daha güclü olacağımızı bilirdik”.

“Real” 2010/11 mövsümündə “el klasiko”da “Barselona”ya 0:5 hesabıyla uduzub.

Hazırda İspaniyada “Real Sosyedad”ın B komandasını çalışdıran Xabi, 2009-2014-cü illər aralığında “Real”da çıxış edib.