David Vilya təcavüzdə ittiham olunur: “Bütün xəyallarımı məhv etdi”

İspaniya milli komandasının və “Barselona”nın sabiq hücumçusu David Vilya bir qadına təcavüz etməkdə ittiham olunur.

Komanda.az xəbər verir ki, bununla bağlı Skayler B adlı bir istifadəçi “tvitter” hesabında paylaşım edib. Skayler, Vilyanın “Nyu-York Siti” (ABŞ) klubunda forma geyindiyi zamanlarda onu təcavüz etdiyini iddia edib:

“Nyu-Yorkda məruz qaldığım təcavüz o qədər dəhşətli idi ki, peşəkar idmançı düşüncəsi belə, məni qorxudur. Futbolçularla eyni yerdə olmaqdan qorxuram. Yaşadığım şeylərə görə karyeramı dəyişdirmək məcburiyyətində qaldım, bütün xəyallarımı məhv etdi. Vilya hər gün mənə toxunurdu və səlahiyyətli şəxslər də bunu gülməli qarşılayırdı”.

98 dəfə İspaniya yığmasının formasını geyinən Vilya, 59 qolla millinin bombardirdir. Karyerası ərzində “Valensiya”, “Barselona”, “Nyu-York Siti” kimi klubların şərəfini qoruyan sabiq hücumçu, son olaraq Yaponiya “Vissel Kobe”sinin formasını geyinib. 38 yaşlı keçmiş futbolçu fevralın əvvəlində karyerasını bitirib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button