“Atletiko” portuqaliyalı futbolçu üçün hərəkətə keçib

“Latsio”nun müdafiəçisi Nuno Tavareş karyerasını “Atletiko”da davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, madridlilər mümkün transferin şərtləri ilə bağlı məlumat əldə etmək üçün Roma klubuna müraciət ediblər.

Hazırda məsələ yalnız maraq səviyyəsindədir – klublar arasında konkret danışıqlara hələ başlanmayıb. “Latsio” 2025-ci ilin yayında portuqaliyalı futbolçunun transfer hüquqlarını “Arsenal”dan 5 milyon avroya alıb. Buna qədər Tavareş Roma təmsilçisində icarə əsasında çıxış edirdi.

25 yaşlı müdafiəçinin “Latsio” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button