“İnter” ingiltərəli futbolçunu transfer etməyə yaxındır

“İnter” “Liverpul”un yarımmüdafiəçisi Kortis Consu transfer etməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu Milan klubuna keçid variantını müsbət qiymətləndirir və İtaliyaya köçməyə tam açıqdır. Ancaq tərəflər arasında hələlik yekun razılıq əldə olunmayıb.

Bildirilir ki, “İnter” rəhbərliyi ingilis futbolçunu yay transfer pəncərəsinin əsas hədəflərindən biri hesab edir. Klub hazırda “Liverpul”un yetirməsi üçün nə qədər təzminat tələb edəcəyini dəqiqləşdirməyə çalışır. “Qırmızılar”ın futbolçu üçün təxminən 35 milyon avro istədiyi vurğulanır.

Consun mersisaydlılarla müqaviləsinin müddəti gələn ilin yayına qədər nəzərdə tutulub. O, cari mövsümdə bütün turnirlərdə 48 oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button