“İnter”də yeni müqavilə

“İnter” niderlandlı müdafiəçisi Stefan de Vreylə yeni müqavilə bağlayıb.

Komanda.az xəbər verir ki, 31 yaşlı futbolçu ilə 2 illik sözləşmə imzalanıb.

De Vrey 2018-ci ildən formasını geyindiyi “İnter”də 203 oyuna 9 qol vurub. O, Niderland yığmasında da 59 oyuna 3 qolla yadda qalıb.

“İnter” digər mərkəz müdafiəçisi Zinho Vanheusdeni də Belçika “Standard”ına icarəyə verib. Belçikadan olan 23 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi ölkəsində top qovacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button