“İnter” yeni hücumçu transfer etdi

“İnter” sıralarına yeni futbolçu qatıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi fransalı hücumçu Markus Türamı transfer edib.

O, “İnter”ə azad agent kimi keçib. 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Türam son 4 mövsümü Münhenqladbax “Borussiya”sında keçirib. O, bu komandada 134 oyunda 44 qol vurub, 29 qolun ötürməsini verib.

“İnter” öz futbolçularından Danilo D`Ambrozio, Milan Şkrinyar və Roberto Qalyardini ilə yollarını ayırdığını da açıqlayıb. Klub müqaviləsinin müddəti bitən bu oyunçuların hər birinə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button