“Messiyə heyranam, kiçik oğluma da onun adını vermişik”

İtaliya millisinin və “İnter”in sabiq forvardı Antonio Kassano açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı sabiq futbolçu, “neradzurra”nın bu mövsüm çempion olacağını deyib:

“İnter” bu mövsüm A Seriyasını qazanacaq. Bundan başqa, Çempionlar Liqasında da qrupdan çıxacaqlar, çünki “Borussiya”dan (Dortmund) daha güclüdürlər. “Napoli” və “Yuventus”un da rahat şəkildə qrupdan çıxacağını düşünürəm”.

İtaliyalı futbolçu, cari mövsümdə Çempionlar Liqasını “Barselona”nın qazanmasını istədiyini deyib:

“Ümid edirəm ki, bu mövsüm Çempionlar Liqasının qalibi “Barselona” olar. Lionel Messiyə heyranam, kiçik oğluma da onun adını vermişik. Messi futbol tarixinin ən yaxşısıdır”.

“İnter” Çempionlar Liqasında “Barselona”, “Borussiya” və “Slaviya” ilə eyni qrupda mübarizə aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button