
İngiltərə superkubokunun qalibi müəyyənləşdi
“Kristal Pelas” penaltilər seriyasında “Liverpul”u məğlub edərək tarixində ilk dəfə İngiltərə superkubokunu qazanıb.
Komanda.az xəbər verir ki, qarşılaşma Londondakı “Uembli” stadionunda keçirilib.
Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. “Kristal Pelas”ın heyətində Jan-Filipp Mateta (17-ci dəqiqə, penalti), İsmayıl Sarr (77) fərqləniblər. “Liverpul”un qollarını Uqo Ekitike (4), Ceremi Frimponq (21) vurublar. Penaltilər seriyasında “Kristal Pelas” dəqiq olub – 3:2.
“Kristal Pelas” tarixində ilk dəfə İngiltərə superkubokunu qazanıb. “Liverpul” 16 dəfə kuboka sahib olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



