
“Real” onun üçün 120 milyon avro ödəməyəcək
“Leyptsiq”in cinah oyunçusu Yan Diomande hələ də “Real”ın maraq dairəsindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, lakin Madrid klubu 19 yaşlı futbolçu üçün tələb olunan 120 milyon avronu ödəməyə hazır deyil. “Leyptsiq”in də transfer qiyməti ilə bağlı danışıqlara açıq olmadığı bildirilir.
Almaniya klubu Fil Dişi Sahilindən olan futbolçuya maaşı artırılmaqla yeni müqavilə təklif etməyi planlaşdırır. Bununla belə, oyunçu daha nüfuzlu kluba keçid variantını da nəzərdən keçirir.
Diomande 2025/26 mövsümündə bütün turnirlərdə 36 oyunda 13 qol vurub və 10 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



