Çempionşipdə daha 9 nəfərdə koronavirus aşkarlandı

İngiltərə Çempionşipində mübarizə aparan klubların kollektivindən növbəti dəfə koronavirus testi götürülüb.

Komanda.az xəbər verir ki, analizlər nəticəsində 9 nəfərin koronavirusa yoluxduğu müəyyənləşib.

İngiltərə Futbol Liqasından (EFL) verilən rəsmi açıqlamaya görə, mayın 30-da və iyunun 2-də Çempionşipdə çıxış edən 24 klubda bütövlükdə 1094 nəfər testdən keçirilib. Onların arasında 6 ayrı klubdan 9 nəfərdə koronavirus aşkarlanıb. Lakin adlar açıqlanmayıb.

Test nəticəsi müsbət çıxan şəxslər karantinə alınıblar və xüsusi nəzarətə götürülüblər.

Daha əvvəl Çempionşipdə 15 nəfərdə koronavirus aşkarlanmışdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button