“Arsenal” “Lion”un futbolçusuna müqavilə təklif etdi

İngiltərənin “Arsenal” klubu “Lion”un futbolçusu Ussem Auarı transfer etmək niyyətindədir.

Komanda.az xəbər verir ki, London təmsilçisi 22 yaşlı yarımmüdafiəçiyə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə təklif edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Auar bu təklifi qəbul etsə, illik 6 milyon avro qazanacaq.

“Lion”la müqaviləsi 2023-cü ilin yayına qədər olan fransalı futbolçunun “transfermarkt”da dəyəri 42 milyon avrodur.