“İndi məqsədimiz çempionatda uğur qazanmaqdır” – “Napoli”nin futbolçusu

“Napoli”nin futbolçusu Matteo Politano 1/8 finalın cavab oyununda “Barselona”ya uduzaraq (1:3) Çempionlar Liqasından kənarlaşdırıldıqdan sonra komandanın yenidən bu turnirin pley-off mərhələsində oynamaq istədiyini bildirib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı futbolçu bundan sonra məqsədlərinin daxili çempionatda uğur qazanmaq olduğunu söyləyib:

“İndi məqsədimiz Çempionlar Liqasında daha bir neçə belə matç keçirmək üçün çempionatda uğur qazanmaqdır”.

“Barselona” iki oyunun nəticəsinə görə “Napoli”ni məğlub edərək, ÇL-in 1\4 finalına vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button