İddia: “Romero bu yay “Tottenhem”i yüz faiz tərk edəcək”

“Tottenhem”in müdafiəçisi Kristian Romero yay transfer pəncərəsində komandadan ayrılacaq.

Komanda.az xəbər verir ki, tanınmış insayder Fabrizio Romano “X” sosial şəbəkəsindəki paylaşımında argentinalı futbolçunun “Tottenhem”dən ayrılmasının artıq qəti qərar olduğunu bildirib:

“Romero bu yay “Tottenhem”i yüz faiz tərk edəcək. Ötən həftə yayılan məlumat təsdiqlənib. “İnter” mümkün transfer üzərində işləyir və yaxın vaxtlarda futbolçunun nümayəndələri ilə birbaşa danışıqlara başlayacaq. “Barselona” isə yalnız mərkəz müdafiəçilərindən biri ayrılacağı təqdirdə Romero variantını nəzərdən keçirəcək”.

28 yaşlı müdafiəçi 2025/26 mövsümündə İngiltərə Premyer Liqasında 23 oyuna çıxaraq 4 qol vurub və 1 məhsuldar ötürmə verib. O, UEFA Çempionlar Liqasında isə 8 matçda iştirak edib, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button