İddia: “Real” gələn həftə Mourinyonu baş məşqçisi kimi təqdim edəcək

“Real”ın yeni baş məşqçi kimi Joze Mourinyonun təqdimatını gələn həftə Madriddə keçirə biləcəyi iddia olunur.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real” artıq “Benfika” ilə razılıq əldə edib və portuqaliyalı mütəxəssis üçün onun klubuna təxminən 7 milyon avro təzminat ödəniləcək.

63 yaşlı mütəxəssis daha əvvəl 2010–2013-cü illərdə də Madrid komandasınü çalışdırıb və həmin dövrdə La Liqa, Kral kuboku və İspaniya superkubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button