Ter Ştegen Xavini müdafiə etdi: “Bu, tam cəfəngiyyatdır”

“Barselona”nın və Almaniya millisinin qapıçısı Mark-Andre ter Ştegen Kataloniya klubunun baş məşqçisi Xavinin komandanın özünəməxsus oyun tərzini rədd etməsi ilə bağlı tənqidlərə münasibət bildirib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 31 yaşlı qolkiper hər fəlsəfənin inkişaf etməli olduğunu deyib:

“Bu, tam cəfəngiyyatdır. Hər bir fəlsəfə inkişaf etməlidir. Xavi oynayanda “Barselona”nın heyətinin keyfiyyəti rəqiblərindən xeyli yüksək idi. O vaxtdan bəri hər şey daha balanslı oldu, xüsusən də, fiziki hazırlıq baxımından. Ona görə də, biz indi o vaxtkılardan fərqli həll yolları tapmalıyıq. Xavi kluba gəldiyi ilk vaxtdan müəyyən sabitlik əldə etməyə çalışdı, bu, komanda üçün son dərəcə vacib idi”.

Ter Ştegen Münhenqladbax “Borussiya”sının yetirməsidir. O, 2014-cü ilin iyulunda “Barselona”ya keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button