
“Gəncə”dən baş məşqçisi ilə yeni müqavilə
Qadın voleybolçulardan ibarət “Gəncə” klubu baş məşqçisi Rafael Petri ilə müqavilənin müddətini uzadıb.
Bu barədə Komanda.az-a bölgə təmsilçisindən məlumat verilib.
Braziliyalı mütəxəssis növbəti mövsümdə də komandaya rəhbərlik edəcək.
“Gəncə” Rafael Petrinin rəhbərliyi ilə 2025/2026 mövsümündə Azərbaycan Yüksək Liqasını bürünc medalla başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



