“Fərqli rəqiblə üz-üzəyik” – Qurban Qurbanov

Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində ÇSKA (Sofiya) ilə oyundan öncə mətbuat konfransı baş tutub.

Komanda.az xəbər verir ki, baş məşqçi qarşılaşma və komandanın ümumi durumu haqda bunları deyib:

“Öncə mətbuat işçilərini təbrik edirəm, işlərinizdə uğurlar arzu edirəm. Həmçinin, “Sabah”ı qələbə münasibətilə təbrik edirəm. “Neftçi”yə də uğurlar arzu edirəm.

Özümüzə gəldikdə, fərqli rəqiblə üz-üzəyik. Həddindən çox diqqətli və məsuliyyətli olmalıyıq.

Komandamızda çox şey yaxşılığa doğru gedir. Lakin hələ də tam istədiyimiz kimi oyunu göstərə bilmirik. Ümumən, belə çox dəyişiklik var, oyunçularım məni daha yaxşı anlayırlar. Hər oyunda dəyişikliklər də edirik, bu da bizə mane ola bilir.

Komanda oyununu sabitləşdirmək, yaxşılaşdırmaq elə də asan deyil. Oyunçularda istər-istəməz çatışmazlıqlar olur, onları eyni səviyyəyə gətirmək asan olmur. Oyunlardan da asılı olur, xüsusilə də, yay aylarında. Vaxt demək düzgün olmaz, amma oyundan-oyuna daha yaxşı olacağımıza inanıram.

Hər oyun dəyişikliklər ola bilir, cəzalı, zədəli oyunçularımız olur. Belə hallar olur. Çempionatda belə, kənarda qalan oyunçular olacaq. Hər şeyi canlı görəcəksiz.

Nə qədər az futbolçu varsa, problem daha az olacaq. Çoxluq problem yaradır. Mübahisəli epizodlar da olanda, danışıqlar çox olur. Mənim fikrimcə, VAR olmasa da olar.

Mən də istəyirəm ki, bəzi az oynayan futbolçularım çox oyun keçirsinlər. Yoxlama oyunları üçün danışıqlar aparacam ki, onlar da iştirak etsinlər”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button