Amerika kuboku: Uruqvaydan heç-heçə, Argentina millisindən qələbə

Futbol üzrə Amerika kubokunda qrup mərhələsinin 3-cü turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə A qrupunun qarşılaşmaları keçirilib. Əvvəlcə Venesuela yığması Ekvadorla qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə bitib.

Qrupun 2-ci pilləsində yer alan Kolumbiya millisi Peru ilə üz-üzə gəlib. Görüş peruluların 2:1 hesablı qələbəsiylə başa çatıb.

Amerika kubokunda bu gün B qrupunun qarşılaşmaları oynanılıb. Uruqvay Çili ilə heç-heçə edib, Argentina isə Paraqvayı minimal hesabla məğlub edib.

Amerika kuboku, qrup mərhələsi, 3-cü tur

21 iyun

A qrupu

Venesuela – Ekvador 2:2
Qol:
Edson Kastilyo, 51. Ronald Hernandes, 90+1 – Ayrton Presyado, 39. Qonsalo Plata, 71.

Kolumbiya – Peru 1:2
Qol:
Migel Anxel Borxa, 53-pen – Serxio Penya, 17. Yerri Mina, 64-avtoqol.

22 iyun

B qrupu

Uruqvay – Çili 1:1
Qol:
Arturo Vidal, 66-avtoqol – Eduardo Varqas, 26.

Argentina – Paraqvay 1:0
Qol:
Alexandro Qomes, 10.

Bombardir: Neymar (Braziliya), Anxel Romero (Paraqvay) – 3 qol.