“Lill”dən “Lion”a ikinci transfer

Fransanın “Lion” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Lill”dən Yussuf Koneni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. “Lion” Kone üçün “Lill”ə 9 milyon avro ödəyəcək.

Mali millisinin də şərəfini qoruyan Kone, son mövsümdə “Lill”in heyətində 25 oyunda iştirak edib.

“Lion” bir müddət əvvəl “Lill”dən Tyaqo Mendesi transfer etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button