“Foden xüsusi bir şeydir” – Keçmiş futbolçu

İngiltərəli keçmiş futbolçu Qari Nevill “Mançester Siti”nin oyunçusu Fil Foden haqda danışıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Nevill Fodeni tərifləyib:

“İngiltərənin Bellingemi var, Keyni var, Fodeni var. Amma Foden xüsusi bir şeydir. Filə yer açıb onun ətrafında komanda qura bilməsək, çətin günlər keçirəcəyik. Qaret Sautqeyt (İngiltərə millisinin baş məşqçisi) parlaq bir iş gördü, lakin Foden tamamilə başqa bir şeydir. O, dünyanın istənilən komandasına düşə bilər.

Foden o qədər sakitdir ki, narahat görünmür. Onun xasiyyəti sadəcə heyrətamizdir. O, təkbaşına “Mançester Siti”ni “Mançester Yunayted”lə oyuna qaytardı”.

Foden “Mançester Siti”nin yetirməsidir və 2016-cı ildən əsas komandada çıxış edir. 23 yaşlı futbolçu MS ilə Çempionlar Liqası da daxil olmaqla 16 kubok qazanıb.

Foden bu mövsüm bütün yarışlarda 39 oyun keçirib, 18 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçunun klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button