FİFA prezidenti transseksual futbolçu ilə görüşdü – FOTO

FİFA prezidenti milli komandalar tarixində ilk dəfə transseksual futbolçu ilə görüşüb.

Komanda.az xəbər verir ki, FİFA-nın rəhbəri Canni İnfantino “instaqram” hesabında Amerika Samoasının kişilərdən ibarət komandasında çıxış edən 35 yaşlı müdafiəçi Jaya Saelua ilə görüşdən danışıb. Saelua həmçinin Amerika Samoasında müxtəlif kişi klublarında oynayıb.

“İnsanlara mesajım budur: rahatlayın, yaşayın və yaşayın! Futbol dünyanı və heç bir ayrı-seçkilik olmadan dünyada hamını birləşdirir. Futbol inklüziv, tolerant və universaldır.

Mən Jayanı avqustun 20-də Sidneydə keçiriləcək qadınlar arasında dünya kubokunun finalına dəvət etdim. Bu, unudulmaz bir axşam olacaq” – deyə, İnfantino yazıb.

Amerika Samoası ABŞ-ın Cənubi Sakit Okeandakı qeyri-mütəşəkkil ərazisidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button