Falkaodan təəccübləndirən nömrə seçimi

“Qalatasaray”la yollarını ayıran Radamel Falkaonun İspaniyanın “Rayo Valyekano” klubuna keçdiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, kolumbiyalı hücumçunun “Rayo Valyekano”da geyinəcəyi formanın nömrəsi də məlum olub. “Marka” nəşrinin məlumatına görə, Falkao yeni komandasında 3 nömrəli formada mübarizə aparacaq. 35 yaşlı hücumçunun adətən müdafiəçilərin daşıdığı “3”-ü seçməsi təəccüblə qarşılanıb.

Falkao karyerası ərzində “Portu”, “Atletiko”, “Monako”, “Çelsi”, “Mançester Yunayted” kimi klublarda da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button