Fələstini dəstəkləyən futbolçu klubdan qovuldu

Almaniyanın “Maynts” klubu Ənvər Əl Qazi ilə bağlı yekun qərarını verib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi 28 yaşlı vingerlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli oyunçunun müqaviləsinə xitam verilib.

Niderlandlı futbolçunun qovulmasının səbəbi sosial şəbəkə hesabında İsraillə münaqişədə olan Fələstinə dəstəyini nümayiş etdirməsidir.

“Maynts” paylaşımlarına görə Ənvər Əl Qazini əsas komandadan uzaqlaşdırmışdı. Amma klub bir neçə gün sonra futbolçunun əfv olunduğunu açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button