“Everton”un baş məşqçi postuna əsas namizəd

“Uotford”un və “Bernli”nin keçmiş baş məşqçisi Şon Dayç “Everton”u çalışdıra bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Dayç 10 mövsüm “Bernli”nin baş məşqçisi olub və 2022-ci ilin aprelində postunu tərk edib. O, futbolçu karyerası ərzində İngiltərədən kənarda çıxış etməyib.

“Everton” 2023-cü ilin yanvarında baş məşqçi Frenk Lempardı və onun köməkçilərini klubdan uzaqlaşdırıb.

Mersisayd təmsilçisi hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 19-cu yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button