Eşli Yanqla yeni müqavilə

İngiltərənin “Aston Villa” klubu müdafiəçi Eşli Yanqla yeni müqavilə imzaladığını açıqlayıb.

Komanda.az xəbər verir ki, müqavilə 2022/23 mövsümünün sonuna qədər qüvvədədir.

36 yaşlı futbolçu 2021-ci ilin iyulunda “Aston Villa”ya qayıdıb. Bundan əvvəl o, 2007-ci ilin yanvarından 2011-ci ilin iyuluna kimi bu komandada çıxış edib.

Eşli Yanq 2021/22 mövsümündə “Aston Villa”da 25 oyuna çıxıb və iki məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin