Erməni şahmatçıdan təxribatçı paylaşım

Erməni şahmatçı Levon Aronyan təxribatçı paylaşım edib.

Komanda.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, özünün “feysbuk” səhifəsindəki paylaşımında Hindistanın Kəlküttə şəhərində keçirilən yarışdakı qələbəsini Qarabağdakı müharibədə ölən ermənilərə həsr etdiyini yazıb:

“Mən bu qələbəni Artsax və Ermənistan uğrunda döyüşən, yaralanan və həlak olan həmvətənlərimə həsr edirəm”. 

İdman qurumları, həmçinin Beynəlxalq Şahmat Federasiyası idmanın siyasətə qarışdırılmasını qadağan edir.