“Messi üçün mübarizə aparmayacağıq” – “Bavariya” rəsmisi

“Bavariya”nın idarə heyətinin sədri Karl-Haynts Rummenigge “Barselona”dan ayrılması gözlənilən Lionel Messinin mümkün transferi ilə bağlı açıqlama verib.

Komanda.az “Tuttosport”a istinadən xəbər verir ki, klub rəsmisi, Messinin transferinin gündəmdə olmadığını bildirib:

“Messi üçün mübarizə aparmayacağıq. Elə bir futbolçu üçün məvacib ödəyə bilmərik. Bu, bizim siyasətimizin və fəlsəfəmizin bir parçası deyil.

Messinin “Barselona”dan ayrılacağını eşitmək məni məyus etdi. Messi o klubun tarixini yazdı və məncə, karyerasını orda bitirməlidir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button