
“Araz-Naxçıvan”dan növbəti transfer
“Araz-Naxçıvan” klubu növbəti futbolçu transferini reallaşdırıb.
Komanda.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.
Rövlan Muradov yeni mövsümdə komandanın formasını geyinəcək. Yarımmüdafiəçi ilə klub arasında anlaşmanın müddəti 1 ildir.
“Qəbələ” klubunun yetirməsi olan futbolçu müxtəlif illərdə Çexiya “Slaviya”sının B, “Qarabağ”ın U-19, “Qəbələ”, “Sumqayıt” və “Zirə” komandalarının formasını geyinib. Futbolçu Azərbaycanın U-19 və U-21 millilərinin də heyətində çıxış edib.
“Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



