Hou məğlubiyyətin səbəbini açıqladı

“Nyukasl”ın baş məşqçisi Eddi Hou İngiltərə Liqa kubokunun “Mançester Yunayted”lə final oyunundan sonra (0:2) açıqlama verib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, qol şanslarından istifadə edə bilmədiklərini deyib:

“Cərimə meydançasında daha yaxşı müdafiə olunmalı idik. İkinci qol bizim üçün ölümcül oldu. Diqqətimizi oyuna yönəltmək üçün hər şey etdik. Şanslarımız oldu, amma istifadə edə bilmədik. Ona görə də uduzduq.

Düşünürəm ki, yaxşı oynadıq. Lakin hədəfə çata bilmədik. Səhvlərin üstündə işləməliyik. Oyundan nəticə çıxarmalıyıq. Çox təəssüf ki, kubok qazana və azarkeşlərimizi sevindirə bilmədik”.

“Uembli” stadionunda baş tutan final matçı “qırmızı şeytanlar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Mançester təmsilçisinin heyətində Kazemiro (33-cü dəqiqə) və Markus Reşford (39-cu dəqiqə) fərqləniblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button