“Mançester Yunayted” ən yaxşı illərində olduğu səviyyədə deyil” – Fabreqas

İspaniya millisinin sabiq futbolçusu Sesk Fabreqas İngiltərə Premyer Liqasının 37-ci turu çərçivəsində keçiriləcək “Mançester Yunayted” – “Arsenal” oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Mançester Yunayted”in artıq əvvəlki səviyyədə olmadığını söyləyib:

“Bu matçlar həmişə xüsusi olur. “Mançester Yunayted” indi ən yaxşı illərində olduğu səviyyədə deyil. “Arsenal” onlar üçün çox güclüdür. Londonlular öz qabiliyyətlərinə arxayındırlar. Bu komanda artıq təcrübə toplayıb. Düşünürəm ki, “Arsenal” inamlı qələbə qazanacaq”.

Qarşılaşma mayın 12-də, “Old Trafford”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button