Dünyanın ən baxımlı futbol oynayan 10 komandası – SİYAHI

“Bayern” və “Barselona” dünyanın ən baxımlı futbol oynayan komandaları kimi ilk yerləri bölüşürlər.

Komanda.az ESPN analitiklərinin hazırladığı reytinq siyahısına istinadən xəbər verir ki, hər iki komanda 9.6 xal toplayıb. Siyahıda sonrakı yerdə 9.5 xalla “Real” qərarlaşıb.

Reytinq siyahısının ilk 10-luğuna həmçinin, PSJ, “Leyptsiq”, “Lans”, “Mançester Yunayted”, “Monako”, “İnter” və “Yuventus” da daxil edilib.

Siyahı yalnız nəticələrə deyil, həm də hücum intensivliyi, müdafiə tempi, vertikal ötürmələr və güclü rəqiblərə qarşı oyun keyfiyyəti kimi göstəricilərə əsaslanan xüsusi alqoritmlə hazırlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button