
Deku Xavinin “xəyanət”indən danışdı
“Barselona”nın idman direktoru Deku, komandanın sabiq baş məşqçisi Xavi Hernandes və klub prezidenti Xuan Laporta arasındakı münaqişədən danışıb. Xavi “Barselona”nın prezident seçkilərindən əvvəl Laportaya qarşı çıxıb və onun bu posta iddialı olan Viktor Fontu dəstəklədiyi məlum olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Deku məsələ ilə bağlı bunu deyib:
“Xavi mənim əziz dostumdur və birlikdə böyük uğurlar qazanmışıq. Ona böyük hörmətim var. O, “Barselona”nın bir hissəsi olaraq qalır və öz fikrini bildirmək hüququna malikdir”.
Laporta bazar günü keçirilən seçkilərdə qalib gələrək, 2031-ci ilə qədər “Barselona”nın prezidenti vəzifəsində qalmağı təmin edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



