De Yonqdan “Barselona” açıqlaması

Növbəti mövsümdən etibarən “Barselona”da forma geyinəcək “Ayaks”ın yarımmmüdafiəçisi Frenki de Yonq Kataloniya klubu ilə bağlı açıqlama verib.

Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu, Çempionlar Liqasının finalında “Barselona” ilə qarşılaşmaq ehtimalları haqqında danışıb:

“Bu ssenarini düşünmüşəm, “Barselona” ilə finalda qarşılaşmaq gözəl olardı. Hazırda “Ayaks”ın futbolçusuyam və bu komandayla birlikdə qələbələr qazanmaq istəyirəm. “Barselona”nı məğlub etsək, peşman olmaram. Burda olduğum müddətdə “Ayaks”ın qalib gəlməsi üçün hər şeyi edərəm. Kiminlə oynamağımız mənim üçün önəmli deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button