De Rossi baş məşqçi olmağa hazırlaşır

“Roma”nın keçmiş yarımmüdafiəçisi Daniele De Rossi “Palermo”nun baş məşqçisi olmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə “Sport İtalia” məlumat yayıb. 2020-ci ildə futbolçu karyerasını başa vuran 39 yaşlı De Rossi, İtaliya millisində Roberto Mançininin köməkçisidir.

De Rossi üçün bu təyinat onun baş məşqçi kimi debütü ola bilər.

“Palermo” bu mövsüm İtaliyanın B Seriyasında çıxış edəcək.