Daha bir il Madriddə

“Real” yarımmüdafiəçisi Luka Modriçlə müqaviləni uzadıb.

Komanda.az İspaniya mətbutına istinadən xəbər verir ki, 36 yaşlı xorvatla “Real” arasında şifahi razılıq iki ay əvvəl əldə olunub və hazırda lazımi sənədlər imzalanır.

Modriçin klubla yeni müqaviləsi 2022/23 mövsümünün sonuna kimi hesablanacaq. Yaxın vaxtlarda müqavilənin uzadılması barədə rəsmi məlumat veriləcək.

Modriç son mövsümdə “Real”ın heyətində 45 matçda 3 qol vurub və 12 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button