“Çox yaxşı müdafiə olunduq” – “Nyukasl”ın baş məşqçisi

“Nyukasl”ın baş məşqçisi Eddi Hou İngiltərə Premyer Liqasının 19-cu turunun “Arsenal”la oyunu barədə (0:0) danışıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, yaxşı müdafiə olunduqlarını dilə gətirib:

“Düşünürəm ki, biz çox yaxşı müdafiə olunduq. Bu, əsl komanda işi idi. “Arsenal”ın hücumda nə qədər yaxşı olduğunu bilirdik. Rəqib üçün çox təhlükəli ola bilmədiyimizə görə üzüldüm. “Arsenal” oynamağa imkan vermirdi”.

“Nyukasl” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 35 xalla 3-cü yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button