
ÇL: “Epizodlardan heç olmasa birini qola çevirsəydik, oyun dəyişə bilərdi”
“Barselona”nın müdafiəçisi Ronald Arauxo UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Atletiko”ya qol vura bilməmələrindən danışıb.
“Kamp Nou”da baş tutan qarşılaşma kataloniyalıların 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu komandanın şansları dəyərləndirə bilməməsinin oyunun taleyinə təsir etdiyini bildirib:
“Top qapıya daxil olmayanda bu, məyusluq yaradır. Oyunun əvvəlində Markus Reşfordun imkanı var idi, bundan başqa, daha iki-üç şansımız oldu. Bu epizodlardan heç olmasa birini qola çevirsəydik, oyun dəyişə bilərdi. Amma bu baş vermədi. Sonadək qol tapmağa çalışdıq, ancaq alınmadı”.
Komandalar arasında cavab qarşılaşması aprelin 14-də, Madriddə keçiriləcək.
Bizi Facebook-da izləyin



