ÇL: “1/8 finala yüksəlmək mümkünsüz deyil” – Kessye

“Barselona”nın yarımmüdafiəçisi Frank Kessye hesab edir ki, komanda hələ də Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək iqtidarındadır.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, Kessye, ÇL-də 1/8 final mərhələsinə yüksəlməyin mümkünsüz olmadığını bildirib:

“Komanda Çempionlar Liqasında baş verənlərdən sonra üzüldü, amma indi düzgün yoldayıq. Xavi və komandası özümüzə inamımızı necə artıracağımızı bilir. Qarşıdakı oyunlara yaxşı hazırlaşmışıq. 1/8 finala yüksəlmək çətindir, lakin mümkünsüz deyil. İstəyirəm ki, azarkeşlər buna inanmağa davam etsinlər”.

“Bayern” artıq Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanıb, komandanın 12 xalı var. Qarşıdakı turda münhenlilər “Barselona” ilə səfərdə oynayacaq. “İnter” (7 xal) növbəti mərhələyə çıxmaq üçün “Viktoriya”nı (Plzen) məğlub etməlidir. “Barselona”nın 4 xalı var və “Bayern”i məğlub etsə belə, komanda ardıcıl ikinci dəfə Avropa Liqasına düşmə riski ilə üzləşir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button