Çempiondan kapitanla yeni müqavilə

“Napoli” müdafiəçisi Covanni Di Lorentso ilə müqavilənin müddətini uzadıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, komandanın 29 yaşlı kapitanı ilə 2028-ci ilin yayına qədər yeni müqavilə imzalanıb.

İtaliyalı futbolçu 2019-cu ildən “Napoli”də oynayır. O, ötən mövsüm A Seriyasında 37 matçda 3 qol vurub və 4 qolun ötürməsini verib.

“Napoli” buna qədər hücumçusu Cakomo Raspadori ilə də 5 illik yeni müqavilə imzalandığını açıqlamışdı. Neapol təmsilçisi ötən yay icarəyə götürdüyü 23 yaşlı futoblçunun birdəfəlik transferi üçün “Sassuolo”ya 26 milyon avro ödəyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button