“Çelsi” “Trabzonspor”un futbolçusu ilə maraqlanır

“Trabzonspor”un yarımmüdafiəçisi Krist İnao Ulay karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az “Transfer News Live”-a istinadən xəbər verir ki, “Çelsi” 19 yaşlı futbolçunun mövsümün sonunda heyətinə cəlb olunması variantını nəzərdən keçirir.

London klubu Fil Dişi Sahilindən olan futbolçu üçün 35 milyon funt sterlinq (40 milyon avrodan çox) ödəməyə hazırdır.

Ulay Türkiyə Super Liqasının cari mövsümündə “Trabzonspor”un heyətində 11 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button