“Təbii ki, AÇ-2024-də oynamaq istəyirəm” – Roys

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Marko Roys AÇ-2024-də iştirakı ilə bağlı sualı cavablandırıb.

Komanda.az “sport1”-ə istinadən xəbər verir ki, alman futbolçu turnirdə oynamaq istədiyini bildirib:

“Təbii ki, ev turnirində oynamaq istəyirəm. Amma hələ ki, bu barədə düşünmürəm, çünki AÇ-2024 hələ uzaqdır. Hansısa bir proqnoz vermək hələ tezdir. Hazırda bütün diqqətimi “Borussiya”nın oyunlarına yönəltmişəm”.

Roys bu mövsüm komandanın heyətində 13 matçda meydanda olub, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Almaniya 2024-cü il Avropa çempionatına ev sahibliyi edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button