Bundesliqadan A Seriyasına 10 milyonluq transfer

İtaliyanın “Atalanta” klubu növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Almaniyanın “Bayer” klubunun sol cinah müdafiəçisi Mitçel Bakkeri heyətinə qatıb.

23 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Atalanta” bu transfer üçün “Bayer”ə 10 milyon avro ödəyib.

“Ayaks”ın yetirməsi olan Bakker PSJ-də də forma geyinib. O, Bundesliqa təmsilçisində 70 oyunda 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button