Konfrans Liqası: 3-cü mərhələyə yekun vuruldu

Bu gün UEFA Konfrans Liqasında 3-cü mərhələnin cavab oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” səfərdə Qazaxıstan “Şaxtyor”u ilə qarşılaşıb. Bu komandalar arasındakı ilk oyunda qapılara qol vurulmamışdı. Cavab görüşünün də əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu üzdən də penalti zərbələrinə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Qazaxıstan təmsilçisi növbəti mərhələyə adlayıb. Ukrayna klubunun heyətində penaltini qaçıran üç futbolçudan biri də məhz Nuriyev olub.

Sloveniya “Domjale”si Norveçin “Rusenborq” komandası ilə qarşılaşıb. Komandalar arasındakı ilk matçda norveçlilər darmadağınla qələbə qazanmışdı. Cavab görüşündən də qalib ayrılan norveçlilər növbəti mərhələyə yüksəliblər.

Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” Kipr AEL-i ilə cavab matçına bu gün çıxıb. Ağdam təmsilçisi ilk matçda rəqibi ilə heç-heçə etmişdi – 1:1. Azərbaycan klubu evdə minimal hesabla qalib gəlib və növbəti mərhələyə yükəslib. “Qarabağ” pley-pff mərhələsində “Aberdin” (Şotlandiya) ilə qarşılaşacaq.

Türkiyənin “Trabzonspor” klubu Norveç səfərində “Molde”nin müqavimətini çətinliklə qırıb. “Sivasspor” da Batumi “Dinamo”sunu çətinliklə mübarizədən kənarlaşdırıb.

Konfrans Liqası, 3-cü mərhələ, cavab oyunları

10 avqust

Şaxtyor (Qazaxıstan) – Kolos (Ukrayna) 0:0 (penaltilər 3:1)
İlk oyun – 0:0

22:00 Domjale (Sloveniya) – Rusenborq (Norveç) 1:2
İlk oyun – 1:6

12 avqust

Astana (Qazaxıstan) – KuPS (Finlandiya) 3:4
İlk oyun – 1:1

Qarabağ (Azərbaycan) – AEL (Kipr) 1:0
İlk oyun – 1:1

Rubin (Rusiya) – Rakuv (Polşa) 0:1
İlk oyun – 0:0

Molde (Norveç) – Trabzonspor (Türkiyə) 1:1 (penaltilər 3:4)
İlk oyun – 3:3

Bodo Qlimt (Norveç) – Priştina (Kosovo) 2:0
İlk oyun – 1:2

Jilina (Slovakiya) – Tobol (Qazaxıstan) 5:0
İlk oyun – 1:0

Hammarbü (İsveç) – Çukariçki (Serbiya) 5:1
İlk oyun – 1:3

Viktoriya (Çexiya) – TNS (Uels) 3:1 (penaltilər 4:1)
İlk oyun – 2:4

PAOK (Yunanıstan) – Bohemian (İrlandiya) 2:0
İlk oyun – 1:2

RFS (Latviya) – Gent (Belçika) 0:1
İlk oyun – 2:2

Hapoel (Beer-Şeva, İsrail) – Şlensk (Polşa) 4:0
İlk oyun – 1:2

Makkabi (Təl-Əviv, İsrail) – Spartak (Slovakiya) 1:0
İlk oyun – 0:0

Bazel (İsveçrə) – Uypeşt (Macarıstan) 4:0
İlk oyun – 2:1

Fola (Lüksemburq) – Linfild (Şimali İrlandiya) 2:1
İlk oyun – 2:1

Anderlext (Belçika) – Laçi (Albaniya) 2:1
İlk oyun – 3:0

Kopenhagen (Danimarka) – Lokomotiv (Bolqarıstan) 4:2
İlk oyun – 1:1

Riyeka (Xorvatiya) – Hibernian (Şotlandiya) 4:1
İlk oyun – 1:1

Feyenoord (Niderland) – Lütsern (İsveçrə) 3:0
İlk oyun – 3:0

Velej (Bosniya və Herseqovina) – Elfsborq (İsveç) 1:4
İlk oyun – 1:1

Olimpiya (Sloveniya) – Santa Klara (Portuqaliya) 0:1
İlk oyun – 0:2

Sivasspor (Türkiyə) – Dinamo (Batumi, Gürcüstan) 1:1
İlk oyun – 2:1

Hibernians (Malta) – Riqa (Latviya) 1:4
İlk oyun – 1:0

Teuta (Albaniya) – Şemrok Rovers (İrlandiya) 0:2
İlk oyun – 0:1

Larne (Şimali İrlandiya) – Pasuş de Fereyra (Portuqaliya) 1:0
İlk oyun – 0:4

Aberdin (Şotlandiya) – Breydablik (İslandiya) 2:1
İlk oyun – 3:2

Torshvan (Farer adaları) – Makkabi (Hayfa, İsrail) 1:0
İlk oyun – 2:7

Dandalk (İrlandiya) – Vitess (Niderland) 1:2
İlk oyun – 2:2

LASK (Avstriya) – Voyvodina (Serbiya) 6:1
İlk oyun – 1:0

Partizan (Serbiya) – Soçi (Rusiya) 2:2 (penaltilər 4:2)
İlk oyun – 1:1

Osiyek (Xorvatiya) – ÇSKA (Sofiya, Bolqarıstan) 1:1
İlk oyun – 2:4